Bakıda "I Beynəlxalq Xəzər Enerji Formu – 2014" öz işinə başlayıb YENİLƏNİB

Bakıda "I Beynəlxalq Xəzər Enerji Formu – 2014" öz işinə başlayıb YENİLƏNİB

Bu gün Bakıda I Beynəlxalq Xəzər Enerji Formu – 2014 öz işinə başlayıb. SİA xəbər verir ki, Xəzər Enerji Media qrupu forumunun təşkilatçılığı, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Milli Məclisi, Azərbaycan Energetika Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Gömrük Komitəsi, Stantdartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, ABŞ-ın Azərbaycandakı səfirliyi və Xəzər-Avropa Klubunun dəstəyilə baş tutan forumda 50 ölkədən 300 nümayəndə iştirak edir.

Forumun birinci sessiyası "Avropa İttifaqının Enerji təhlükəsizliyinin Xəzər-Qaradəniz regionu ölkələrinin qarşılıqlı fəaliyyəti" mövzusuna həsr olunub. Sessiyanın rəhbəri Azərbaycanın energetika naziri Natiq Əliyev çıxışında bildirib ki, hazırda dünyada əsas problemlərdən bir də enerji təhlükəsizliyidir. Onun sözlərinə görə, enerji problemi özünü qlobal səviyyədə nümayiş etdirir: "Dünyada enerji təhlükəsizliyini təmin etmək üçün hər bir ölkə enerji təchizatı məsələsini həll etməlidir".

Sessiyanın davamında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev forum barədə fikirlərini bölüşüblər.

İkinci sessiya isə "Təbii qaz və qeyri- konvensial təbii qaz – XXI əsrin əsas enerji daşıyıcısıdır - Xəzərdə ixracat hasilat perspektivləri" mövzusuna həsr olunub. Sessiya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin başçılığı ilə baş tutub.

Forumun davamında "Xəzər-Avropa İqtisadi Forumu", "Xəzər-Avropa IT Formu", "Xəzər-Avropa Sənaye Forumu" və "Xəzər-Avropa İnfrastruktur Formuları"nın keçirilməsi nəzərdə tutulub. Bu formlara isə Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadə rəhbərlik edəcək. Forumlar da hökumət təşkilatları, nazirliklər, dövlət komitələri, həmçinin Xəzər, Qaradəniz və Baltik regionundan Azərbaycan Respublikasında akreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə