“Sabunçu qovşağının ətrafında 3 bağlantı yol çəkilir" FOTOLAR

“Sabunçu qovşağının ətrafında 3 bağlantı yol çəkilir" FOTOLAR

"Sabunçu qovşağının ətrafında bağlantı yollar çəkilir. Ərazidə 3 bağlantı yolunun olması nəzərdu tutulur. Artıq 2 bağlantı yolda tikinti işləri davam edir". Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bağlantı yollardan biri Hava limanı Böyükşor avtomobil yoluna parallel çəkiləcək: "Həmin yol 3 zolaqlı olacaq. Eyni zamanda Sabunçu qovşağına düşən ərazidə dairə yaradılacaq və orada da 3 zolaqlı yol salınacaq. Bu da 2-ci bağlantı olacaq. 3-cü bağlantı isə Zabratdan şəhər istiqamətinə gələn yolda olacaq. Həmin ərazi söküntü işləri başlanandan sonra inşa olunacaq. Bununla da həmin ərazidə müşahidə olunan tıxacları aradan qaldırmaq imkanımız olacaq. Beləliklə həmin ərazidə nəqliyyat vasitələri rahat şəkildə hərəkət edə biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə