Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün salınmasına başlanılıb FOTO
"Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün salınmasına başlanılıb. Uzunluğu 9,2 km təşkil edən prospekt Xutor dairəsi adlanan ərazidən Böyük Şor dairəsinə kimi olan hissəni əhatə edir". SİA-nın xəbərinə görə, bunu "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, yolun hərəkət zolaqlarının sayı 4-dən 10-a çatdırılıb: "Yolboyu torpaq işlərinin 70%-i icra olunub. Hazırda bordürlər vurulur və buna paralel olaraq dünəndən asfalt-beton örtüyünün vurulmasına başlanıb. Prospektdə piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədilə 4 yeni piyada keçidi də inşa edilir. Bu ərazidə tikinti işlərinin 2014-cü ildə yekunlaşdırılması nəzərdə tutulub".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB