Bank VTB Azərbaycan cari ildə fəaliyyətini daha da genişləndirəcək

Bank VTB Azərbaycan cari ildə fəaliyyətini daha da genişləndirəcək

Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzi (call center) fəaliyyətə başladığı dövrdən 47 mindən artıq müştərinin müraciətinə cavab verib. Bu barədə SİA-ya Bank VTB (Azərbaycan) ASC-nin ASC-nin çağrı-mərkəzinin rəhbəri Ayaz Əhmədov məlumat verib.

Onun sözlərinə görə, 2012-ci ilin oktyabrından fəaliyyət göstərən mərkəzdə 39 679 zəng, bankın rəsmi saytında olan onlayn-məsləhət xidməti vasitəsilə 6 133 müraciət və 1390-dan artıq onlayn-ərizə qeydə alınıb.

Mərkəzin bayram günlərində müştərilərə fasiləsiz xidmət göstərdiyini deyən A. Əhmədov söyləyib ki, Novruz bayramı günlərində (martın 20-26-da) mərkəzə 400-dən artıq müraciət daxil olub, 100-dən artıq müraciətə bankın rəsmi saytında olan "onlayn-məsləhət" xidməti vasitəsilə baxılıb: "Çağrı-mərkəzi, daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən (30 günədək) müştərilərlə işləyir, müştərilərə kreditlərin ödənişini xatırladır və müştəriləri ad günləri münasibətilə təbrik edir. Bundan başqa, mərkəzdə "zəng sifarişi" xidməti də fəaliyyət göstərir: bankın saytında öz telefon nömrəsini yerləşdirmiş müştərilərə çağrı-mərkəzinin mütəxəssisi tərəfindən zəng vurulur və məsləhət xidməti göstərilir. Cari ildə mərkəz vasitəsilə aktiv satışların gerçəkləşməsini və hüquqi şəxslərlə aparılan işin genişləndirilməsini planlaşdırırıq.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə