Azərbaycan iş adamları İraqda təşkil edilən tenderlərə dəvət olunub

Azərbaycan iş adamları İraqda təşkil edilən tenderlərə dəvət olunub

İraqın Nəcəf və Neynəvə əyalətlərində yolların bərpası üzrə beynəlxalq tenderlər keçirilir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, İraq Şəhərsalma və Tikinti Nazirliyi tərəfindən Nəcəf və Neynəvə əyalətlərində yolların bərpası üzrə beynəlxalq tenderlər elan olunub.

Azərbaycan iş adamları tenderlərdə iştiraka dəvət edilir. Tenderdə iştirak etmək istəyən azərbaycanlı iş adamları "Azpromo"ya müraciət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə