Azərbaycan prezidenti İlham Əliyev "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında fərman imzalayıb. Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, fərmana əsasən, I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü aylıq məbləği 60 manat müəyyən olunub: "Bu isə ölkə başçısı İlham Əliyevin əlillərə olan diqqət və qayğısının nəticəsidir. Bütövlükdə Novruz ərəfəsində belə bir fərmanın imzalanması əhəmiyyəti olduqca böyükdür".
Vahid Əhmədov onu da qeyd edib ki, hazırda şəhid ailələri çoxlu problemlər üzləşirlər: "Qeyd edim ki, torpaqlarımızın 20% işğal altındadır. İnsanlarımız vətənpərvər ruhda yetişməli və şəhid ailələrinə diqqət ayrılmalıdır. Dövlətimiz də bunu nəzərə alaraq şəhid ailələrinin mənzil və məişət problemlərinin həll olunmasını öz üzərinə götürüb. Dövlət dəstəyi ilə binalar inşa olunur. İnsanlar da həmin mənzillərlə təmin olunurlar eyni zamanda, həmin insanlar pulsuz müalicə və müayinə olunurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB