Eyyub Hüseynov: "GMO məhsullar insan orqanizmi üçün təhlükədir"
"Azərbaycan bazarlarında yerli və xaricdən gətirilən mal və məhsullar boldur. Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bazarlarımızda genetik kodlaşdırılmış mallar da geniş yayılıb: "Maraqlısı budur ki, bu və ya digər məhsul, habelə onların toxumları da genetik modifikasiyaya uğrayır. Bu məhsullar əsasən xaricdən, xüsusən də Türkiyə, Çin Hindistan, Gürcüstan, Rusiya və İrandan gətirilir. Bu toxumların da böyük əksəriyyəti genetik modifikasiya edilmiş toxumlardır. Genetik modifkasiya edildikdə məhsul tez yetişir ki, bu da istehsalçıya biznes baxımından daha sərfəlidir. Amma keyfiyyət baxımından, standartlara cavab vermir. Əksinə, belə məhsul insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilir. Qanunla Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların Azərbaycana gətirilməsi qadağan olunub. Bu məhsulların qarşısını almaq üçün çox ciddi cərimələr nəzərdə tutulub. GMO məhsullarının qarşısını almaq üçün təşşəbüs göstərilir. Lakin çox təəssüf ki, ölkədə iki labaratoriya olmasına baxmayaraq, həmin labarotoriyalar fəaliyyət göstərmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB