Rəsmi: "Biləcəri stansiyasında 800 metr dəmir yolunun təmirinə başlanılıb"

Rəsmi: "Biləcəri stansiyasında 800 metr dəmir yolunun təmirinə başlanılıb"

"Azərbaycan prezidentinin imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010/2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncama əsasən Biləcəri stansiyasında 800 metr yolun əsaslı, bir ədəd yoldəyişdirici qurğunun cari təmirinə başlanılıb". Bu barədə SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin hesabına həyata keçiriləcək təmir işləri iki gün davam edəcək: "Təmir işləri "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Bu gündən etibarən başlanılan təmir işləri nəticəsində 400 metr köhnə yol sökülüb. Cari ayın birinci ongünlüyündə isə Güzdək stansiyasında 2375 metr yol əsaslı təmir olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə