Bu ilin fevral ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 5,3 faiz ucuzlaşıb, digər xarici ölkələr üzrə isə 3,8 faiz bahalaşıb.
"Fevral ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 0,2faiz, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 18,7faiz bahalaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 0,3 faiz bahalaşma müşahidə olunub", - deyə Komitənin məlumatında bildirilib.
Komitə avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmadığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB