Fəzail İbrahimli: "3-cü Dövlət Proqramı ucqar kəndlərdə olan qaz problemini həll edəcək"

Fəzail İbrahimli: "3-cü Dövlət Proqramı ucqar kəndlərdə olan qaz problemini həll edəcək"

"Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən Dövlət Proqramları kifayət qədər ciddi əhəmiyyət daşıyır: "Bu dövlət proqramları sayəsində bir çox iş yerləri, obyeklər müəsisələr istifadəyə verilib. Bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Cəlilabad, Biləsuvar rayonları bu hər iki dövlət proqramının həyata keçirilməsi nəticəsində öz simasını dəyişib, bu rayonlarda infrastruktur yenilənib. Digər rayonlarda olduğu kimi, həyat keçirilən Dövlət Proqramları nəticəsində Masallı rayonundakı müsbətə döğru dəyişikliyi görməmək mümkün deyil. Burada magistral yollar o cümlədən, Cəlilabada-Yardımlı yolu çəkilib. Həmin magistral yolların üzərində çoxlu kəndlər yerləşir. Yolların çəkilməsi infrasturukturun yenilənməsi rayon mərkəzlərinin inkişafına səbəb olub. Ümumilikdə götürdükdə Respublikanın sosial-iqtisadi inkişafı müstəvisində regionlarda ciddi dəyişikliklər baş verib. Astara-Bakı yolunun çəkilməsi davam edir. Bu 3-cü Dövlət Proqramı nəticəsində kənd yolları çəkilməsi yekunlaşdırılacaq, ucqar kəndlərdə olan qaz problemi həll ediləcək. Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə inkişafı üçün möhkəm zəmin yaradıb və yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə