I Avropa Olimpiya Oyunlarına görə nəqliyyat məsələləri üzrə işçi qrupu bir arada
2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə işçi qrupun ilk iclası keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Bakı 2015 Avropa Olimpiya Oyunlarının Əməliyyat Komitəsində Nəqliyyat departamentinin direktoru Panayotis Protopsaltis çıxış edərək, Nəqliyyat Nazirliyinin rəhbərliyinə Nəqliyyat məsələləri üzrə işçi qrupun təsis olunmasına görə dərin minnətdarlığını bildirərək, Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları ilə bağlı "Nəqliyyatın təşkilinin təsviri və gələcək addımlar" adlı təqdimat mərasimini təqdim edib. Bu təqdimatda oyunlarla bağlı tələblər, nəqliyyatın təşkili işinin əhatə sahəsi, əsas çətinliklər, oyunlara müvafiq yol şəbəkəsi, ictimai nəqliyyat resursları barədə geniş məlumat verib.
Daha sonra təqdimatla bağlı müzakirələr aparılaraq, müəyyən qərarlar qəbul edilərək, işçi qrupun iclasının ayda 2 dəfə keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB