Vüqar Bayramov: “Avropa ölkələrində avtoxuliqanlara qarşı cərimələrin miqdarı 10 min avroya qədər yüksəlir”

Vüqar Bayramov: “Avropa ölkələrində avtoxuliqanlara qarşı cərimələrin miqdarı 10 min avroya qədər yüksəlir”

"Son illər cərimələrin artırılmasına baxmayaraq, avtomobil sürücüləri qaydaları pozuntularına davam edirlər". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, hazırda avtoxuliqanlara qarşı cəzaların artırılması vacib məsələlərdəndir: "Güman olunur ki, indiki mərhələdə avtoxuliqanlara qarşı cərimələrin məbləği qanedicidir. Lakin bu cəzaların miqdarı 1400-2000 min manat məbləğə qədər yüksələ bilər. Birmənalı şəkildə bu cərimələrin artırılması nəticəsində avtoxuliqanlığın qarşısının alınacağı gözlənilir. Çünki onlar həm öz həyatları həm də, piyadaların həyatları üçün təhlükə yaradırlar".

Vüqar Bayramov qeyd edib ki, inkişaf etmiş Avropa ölkələrində avtoxuliqanlara qarşı cərimələr 10 min avroya qədər yüksəlir: "Bu ölkələr daha ağır cəzalar müəyyənləşdirməklə avtoxuliqanlara qarşı mübarizə aparmağa çalışırlar. Çünki bu yalnız insanların istirahətinin pozulması deyil eyni zamanda, vətəndaşların həyatı üçün təlükəlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə