Ağstafa-Poylu-Gürcüstan yolu açıldı

Ağstafa-Poylu-Gürcüstan yolu açıldı

Bu gün Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun açılışı olub. Bu barədə SİA-ya "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov, Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

P. Mürsəliyev bildirib ki, yolun uzunluğu 59 km, torpaq yatağının eni isə 12 m təşkil edir: "Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun əsaslı təmirinə 2011-ci ilin noyabrından başlanılıb. 2013-cü ilin dekabr ayında isə təmir başa çatıb. Yol 3-cü texniki dərəcəli, iki hərəkət zolaqlıdır. Yolun hərəkət hissələrində ayrıca olaraq ağ və sarı xətlər çəkilib".

Bütün xəbərlər Facebook səhifəmizdə