Zahid Oruc: “Təhsil alan gənclərin hərbi xidmətdən azad olunması müsbət haldır”

Zahid Oruc: “Təhsil alan gənclərin hərbi xidmətdən azad olunması müsbət haldır”

"Magistratura və doktoranturada təhsil alan gənclərə güzəştlər edilməsi məqbuldur". SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc belə deyib.

Onun sözlərinə görə, bu məsələdə bir çox millət vəkilləri öz prinsipal mövqeyini ortaya qoymalıdırlar: "Bakı Dövlət Universitetinin rektoru və digər millət vəkilləri bu qanunun tərəfdarıdırlar. Magistratura və doktoranturada təhsil alan gənclərə güzəştlər edilməsi təqdirəlayiq bir haldır. Çünki, təhsil ölkənin, xalqın gələcəyi üçün çox vacib amildir. Bu məsələnin hətta milli səciyyə daşıdığını da söyləyə bilərəm. Bu gün Azərbaycanda alimlərin yaşı həddi 50-dən, hətta qeyri-rəsmi məlumatlara görə, 60 yaşdan yuxarıdır. Belə olan təqdirdə təhsil alan gənclərin hərbi xidmətdən azad olması müsbət haldır və bu çox əhəmiyyətlidir". Millət vəkili bildirib ki, doktorantlar və magistrlar müəyyən səbəblərdən elmi işlərlə fasilələrlə məşğul olurlar: "Çünki onlar ailə həyatı qurduqdan sonra bu fasilələr vaciblik daşıyır. Ona görə də, qanunvericilik çərçivəsində magistratura və doktoranturada təhsil alan gənclərin hərbi xidmətdən azad olunması məsələsi gündəmdə olmalıdır. Ciddi müzakirələr aparılmalı və müəyyən bir qərar verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə