" "Şahdəniz-2" yeni əsrin yeni liderinin müqaviləsidir” Münasibət

" "Şahdəniz-2" yeni əsrin yeni liderinin müqaviləsidir” Münasibət

" "Şahdəniz-2 yeni əsrin müqaviləsidir. Əgər 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Ulu Öndər Heydər Əliyevin neft siyasətinin bariz konsepsiyası idisə, bu layihə də Azərbaycanın qaz siyasətinin İlham Əliyev tərəfindən hazırlanan bir konsepsiyadır. Bu sırf ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti olduğundan dünya əhəmiyyətli layihə olan "Şahdəniz-2" yeni əsrin yeni liderinin müqaviləsidir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev "Şahdəniz 2" layihəsinin yekun investisiya sazişinin imzalanmasının əhəmiyyətindən danışarkən deyib.

Politoloqun sözlərinə görə, layihənin imzalanması ilə Azərbaycan siyasi müstəqilliyini zəmanət altına almış oldu: "Azərbaycan nəinki Qafqazın və MDB məkanının, eləcə də qocaman Avropanın siyasi oyunçusuna çevrildi. Bununla da ölkəmiz enerji təhlükəsizliyində Rusiyadan sonra ikinci dövlət statusunu almış oldu. Bu Azərbaycanın yeni siyasi və iqtisadi qələbəsidir. Çünki Azərbaycan sərbəst olaraq qərar vermək xüsusiyyətini dünyaya bəyan etdi".

"Layihənin həyata keçirilməsində müxtəlif təzyiqlərin mövcud idi, lakin Azərbaycan bütün təzyiqlərdən yan keçməyi bacardı" - deyən, Cümşüd Nuriyevin sözlərinə görə, "Şahdəniz- 2 Azərbaycan xalqının rifah səviyyəsinin daha yüksəlməsinə xidmət edəcək: "Hesab edirəm ki, bundan sonra da Ümid yatağı ilə bağlı qərarlar qəbul olunacaq. Azərbaycanın indiki qaz resursları yaxın 100 il üçün ölkəmizin təminatıdır. Müqavilənin imzalanması, eyni zamanda Azərbaycanın iqtisadiyyatının şaxələnməsinə xidmət edəcək. Layihə, həmçinin gələcək nəsillər üçün resursların qorunmasına və onların haqlarının yeyilməsi ilə önəm kəsb edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə