Zahid Oruc: “2014-cü ilin büdcəsi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək”
"Artıq 2014-cü ilin büdcəsi təsdiq olundu. Yeni büdcədə hər bir məsələ öz əksini tapdı və genişliyi ilə bütün məsələləri əhatə etdi". SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc belə deyib.
Onun sözlərinə görə, dünyada gedən qlobal böhran şəraitində Azərbaycan böyük həcmdə dövlət büdcəsini təsdiq edə bildi: "Bir çox ölkələr iqtisadi cəhətdən artıq çöküblər və həmin ölkələrin dünya banklarına borcları yaranıb. Lakin Azərbaycan istər siyasi, istərsə də iqtisadi sferada inkişaf edib. Belə ki, bu 2014-cü ilin büdcəsində kifayət qədər özünü göstərdi və büdcə real büdcə kimi tərtib olundu".
Zahid Oruc onu da qeyd edib ki, aztəminatlı ailələrin xüsusilə də, pensiyaların artırılması gözlənilir: "Bir sözlə, 2014-cü ilin büdcəsinin mənzərəsi fərqli olacaq və vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək".
Qeyd edək ki, qanuna əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 384 000,0 min manat, xərcləri 20 063 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 17 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0 min manat) məbləğində nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB