Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar 20 dekabr saat 09:00-dan 18:00-dək Biləsuvar, Ucar və Zərdab rayonlarına, saat 10:00-dan 15:00-dək Xızı rayonunun bir hissəsinə, saat 10:00-dan 16:00-dək Xəzər və Lənkəran rayonlarının bir hissəsinə, saat 10:00-dan 17:00-dək Göyçay rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Gədəbəy, Ağstafa rayonlarına və Qazax rayonunun bir hissəsinə, saat 11:00-dan 14:00-dək Bərdə rayonunun bir hissəsinə, saat 14:00-dan 17:00-dək isə Xətai rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB