Eyyub Hüseynov: “Yerli yumurtanın qiyməti ucuz, sağlamlıq göstəricisi daha keyfiyyətlidir”

"Ölkə rəhbərliyi Azərbaycanda baş verən süni qiymət artımlarına olan etirazını hər zaman ciddi tədbirlər göstərərək bildirir". SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, süni qiymət artımları daimi olaraq müşahidə edilir: "Ölkədə bir alçanın qiyməti 11 manatdır. Kartof kimi kənd təsərrüfatı məhsulların isə qiymətində artım müşahidə edilir. Bu kimi süni artımların olmasına səbəb kənd təsərrüfatı məhsullarının sezonun sona çatmasıdır. Havaların soyması və qarın yağması ölkənin bölgələrinə gediş gəlişdə problem yaradıb. Bu isə həmin məhsulların lazımi ünvanlara çatdırılmasına mane olur. Beləliklə, bütün bu hallar birmənalı şəkildə süni qiymət artımına gətirib çıxarır".

Eyyub Hüseynov qeyd edib ki, yumurtanın qiymətində də artım müşahidə edilir: "Bu isə yumurtaya olan tələbatın çox olması ilə bağlıdır. Bundan başqa, xaricdən ixrac edilən yumurtaların qiyməti də baha olur. Vətəndaşlara yerli yumurta almağı məsləhət görürəm. Çünki, yerli yumurtanın qiyməti ucuz, sağlamlıq göstəricisi daha keyfiyyətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə