ARDNŞ "Statoil" şirkətindən "Şahdəniz" və Cənubi Qafqaz boru kəmərində 6,7 faiz iştirak payı alıb

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Statoil" şirkətindən "Şahdəniz" və Cənubi Qafqaz boru kəmərində 6,7 faiz iştirak payı alıb. SİA xəbər verir ki, Britaniyanın BP şirkətindən verilən məlumatda bildirilib ki, BP isə "Statoil" şirkətindən Şahdəniz və Cənubi Qafqaz Boru Kəmərində 3,3% iştirak payı alıb. Hər iki əməliyyat 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə