Sənaye məhsullarının istehsalçı qiymətlər indeksi 7,6 faiz bahalaşıb

Sənaye məhsullarının istehsalçı qiymətlər indeksi 7,6 faiz bahalaşıb

2013-cü ilin noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,5 faiz aşağı düşüb.
2013-cü ilin noyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri, metal filizlərinin hasilatı və daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1 faiz ucuzlaşıb, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 8,2 faiz bahalaşıb.
Noyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 2,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə isə 1,3 faiz, bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə