"Quş qripinin qarşısının alınması ilə əlaqədar cari ilin əvvəlindən ev və çöl quşları arasında müvafiq olaraq 5 dəfə monitorinq keçirilib". SİA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli belə söyləyib.
Onun sözlərinə görə, 6088 baş ev və çöl quşlarının qan nümunələri, 87 baş ev və çöl quşlarının patoloji materialı quş qripinə görə müayinə edilib: "Qan nümunələri və patoloji materialların laboratoriya müayinələrinin nəticələrinə görə quş qripi aşkar edilməyib. Quş qripinə görə seromonitorinqlər əsasən Pirallahı adasındakı Abşeron Milli parkında, Şabran rayonunun Sarvan ov təsərrüfatında, Şirvan Milli Parkında, Ağ göl ərazisində və Qızılağac dövlət təbiət qoruğunda, habelə respublikanın rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb. Hazırda respublikada quş qripinə görə epizootik durum sabitdir və bu işlər daimi olaraq Dövlət Baytarlıq Xidmətinin nəzarəti altında saxlanılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB