"Şahdəniz 2" yekun qərarı çərçivəsində 39 sənəd imzalanacaq

"Şahdəniz 2" yekun qərarı çərçivəsində 39 sənəd imzalanacaq

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə dekabrın 17-də gözlənilən yekun investisiya qərarının qəbul edilməsi çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, yatağın işlənməsi üzrə tərəfdaş şirkətlərin mütəxəssisləri lazımi sənədlərin hazırlanması prosesini yekunlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə