“Böyük İpək Yolu” İstanbulda gənc sahibkarların beynəlxalq Forumunu keçirir
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 6-8 dekabr tarixində Türkiyənin İstanbul şəhərində "Gənc Sahibkarlar Şəbəkəsi" adlı gənc biznesmenlərin beynəlxalq forumunu keçirəcək. Bu barədə SİA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq konfransa dünyanın 25 ölkəsindən gəlmiş gənc sahibkarlar qatılacaq. Toplantı Rusiya, Yunanıstan, Gürcüstan, Macarıstan, Hindistan, İsrail, İraq, Rumıniya, Qazaxıstan, Makedoniya, Qırğızıstan, Ukrayna, Sinqapur, Özbəkistan, Pakistan, Moldova, İordaniya və digər ölkələrdən olan gənc sahibkarları bir araya gətirəcək. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstək verdiyi tədbirin açılışında Azərbaycan Milli Məclisinin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının rəhbəri Fuad Muradov, İslam Konfransı Gənclər Forumunun nümayəndəsi Elməddin Musayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Genc MÜSİAD-in vitse-prezidenti Yavuz Fəttahoğlu qatılacaq. Toplantının əsas məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrdə fəaliyyət göstərən gənc sahibkarlarının şəbəkəsini yaratmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB