Bakı Metropolitenindən növbəti yenilik

Bakı Metropoliteni ehtiyat hissələrin idxalından asıllığını azaltmaq niyyətindədir
Bakı Metropolitenindən növbəti yenilik

Bakı Metropoliteni təkər cütlərinin yerli şəraitdə formalaşdırılması üzrə istehsalat sahəsinin yaradılması prosesini yekunlaşdırmaq üzrədir. SİA-nın Bakı Metropoliteninin rəsmi saytına istinadən verdiyi xəbərə görə, təkər cütlərini təşkil edən hissələrin xammal şəklində alınaraq Metropoliten şəraitində formalaşdırılması, həmçinin istismarda olanların təmiri artıq effekt verməyə başlayıb.

Bunun başqa səmərəli cəhətlərini də qeyd etmək olar. Bu mənada Metropolitenin xarici istehsalçılardan asılılığının əsasən aradan qaldırılması qeyd oluna bilər. Bu texnoloji proses həm də istismarda olan təkər cütlərinin istənilən təmirini təşkil etməyə imkan verir. Bu, material itkisinin qarşısını əsaslı şəkildə almağa təsir edəcək.

Məlumatda qeyd edilir ki, bu yenilik sayəsində əldə olunmuş daha bir nailiyyət nəinki lokomotiv təsərrüfatının təkər cütlərinə olan ehtiyacının ödənilməsi, həm də ehtiyat fondun yaradılmasını da reallığa çevirib.

Bütün xəbərlər Facebook səhifəmizdə