Bakı Biznes Mərkəzində dekabrın 5-də Azərbaycan-Avstriya Biznes Forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZRPOMO) SİA-ya verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə AZPROMO-nun təşkil etdiyi tədbir Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şentsin başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində keçiriləcək.
Biznes foruma tikinti, neft-qaz, İKT, yüngül sənaye, kimya sənayesi, maşınqayırma, qida sənayesi üçün avadanlıq, logistika, havalandırma sistemləri, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Avstriya şirkətinin qatılacağı gözlənilir. Azərbaycanlı sahibkarlar tədbirdə iştirak etməyə dəvət olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB