Neft ucuzlaşıb

Noyabrın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,67 dollar və ya 0,7% azalaraq 1 barelə görə 94,84 dollar olub. SİA-nın məlumatına görə, noyabrın 22-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,97 dollar və ya 0,9% artaraq 111,05 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə