“Avro-3” standartına uyğun gəlməyən avtomobillərin Azərbaycana idxalına QADAĞA

“Avro-3” standartına uyğun gəlməyən avtomobillərin Azərbaycana idxalına QADAĞA

"Azərbaycanda 2014-cü ilin yanvarın 1-dən "Avro-3" standartına uyğun gəlməyən avtomobillərin ölkəyə idxalı qadağan olunacaq". SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) emal üzrə vitse-prezidenti David Məmmədov belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda ekoloji cəhətdən daha yaxşı mühit yaradılması üçün dövlət proqramı icra olunur: "Burada respublika üzrə idxal olunan avtonəqliyyat vasitələrinin dərəcəsinin yüksəldilməsi və yanacağın keyfiyyətinin artırılması nəzərdə tutulur. Proqrama uyğun olaraq gələn ilin 1 yanvar tarixində "Avro-3" standartına keçiləcək. Bununla əlaqədar olaraq Azərbaycana daxil olan bütün avtomobillər standarta cavab verməlidir".

Şirkət rəsmisi qeyd edib ki, Dövlət Neft Şirkətinin proqramına uyğun olaraq, 2015-ci ildən etibarən benzin yanacağında "Avro-3" tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə