2013-cü ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 393 min 605 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 milyon 940 min 693 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il noyabr ayının 1-ə qədər BTC-yə 230 milyon 392 min 507 ton neft vurulub.
Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə 90 min 342 ton Türkmənistan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB