ƏƏSMN-yi 134 mindən artıq ailəyə müraciət edib

ƏƏSMN-yi 134 mindən artıq ailəyə müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişində şəffaflığın təmin olunması ilə bağlı KİV nümayəndələri üçün keçirdiyi brifinqdə vətəndaşlara müraciət edib. SİA xəbər verir ki, o ünvanlı yardım alacaq 134 mindən artıq ailəyə müraciət edərək bildirib ki, təyin olunmuş yardımların alınması üçün onlara banklar tərəfindən verilmiş plastik kartları heç bir halda mərkəz əməkdaşlarına verməsinlər: "Çünki bu ünvanlı yardımlar dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılır və onlar bu vəsaitləri öz maddi ehtiyaclarına sərf etməlidirlər. Heç bir əməkdaş vətəndaşları onlara təyin olunmuş yardımı onlarla bölüşməyə təhrik edə, yaxud əks halda onları yardım almaq hüququndan məhrum edə bilməz. Həmin vətəndaşlar əhalinin sosial müdafiəsi mərkəzlərində yardım təyinatı müqabilində onlarla aparılan hər hansı qanunsuz "sövdələşmələr"ə getməməli və belə hallarla üzləşdikləri təqdirdə nazirliyin 142 - Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlara müraciət etməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə