Ölkəmizdə sahibkarların sayı durmadan artır

Ölkəmizdə sahibkarların sayı durmadan artır

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni yaradılan müəssisə və təşkilatların sayı artmaqda davam edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, qeydiyyatdan keçmiş 5 min 152 müəssisə və təşkilatın 165-i dövlət mülkiyyətinə, 4 min 493-ü xüsusi mülkiyyətə, 3-ü bələdiyyə mülkiyyətinə, 388-i tam xarici investisiyalı və 103-ü birgə müəssisələrə aid olub.

Yeni yaradılan müəssisələrin 55,5 faizi Bakıda, 14,2 faizi Aran, 7,7 faizi Gəncə-Qazax və 7,6 faizi Abşeron iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bu ilin oktyabrın 1-i vəziyyətinə fərdi sahibkarların sayı 452 mindən çox olub. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə