İqtisadiyyatın potensialına görə Azərbaycan qlobal şirkətlərin diqqət mərkəzindədir
Azərbaycan Respublikasının iqtisadiyyatı böyük potensiala malikdir. SİA-nın verdiyi məlumata görə, bu haqda Huawei şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Quo Syaobinq bildirib.
Onun sözlərinə görə, Huawei şirkətinin Azərbaycana xüsusi münasibəti ölkənin iqtisadi potensialına verilən yüksək qiymət nəticəsində formalaşdırılıb.
"Huawei şirkəti ən yeni texniologiyaları təqdim edərək Azərbaycanla birgə uğur qazanmaq istəyindədir. Huawei şirkəti Azərbaycan bazarında artıq bir neçə ildir ki fəaliyyət göstərir və tərəfdaşlığın səviyyəsi davamlı olaraq artmaqdadır. Əgər əvvəllər Huawei Azərbaycanda yalnız telekommunikasiya şəbəkə infrastrukturu üçün avadanlıq təqdim edirdi, son dövrdə yerli bazarda mobil cihazların, o cümlədən smartfonların da satışı təşkil olunmuşdur", deyə Huwaei şirkətinin nümayəndəsi bildirib.
Guo Xiaobingin sözlərinə görə, Huawei şirkətinın Azərbaycanda hədəflərindən biri də əhalinin texnologiyalar sahəsində maarifləndirilməsi, münasib qiymətlərələ əhalinin böyük bir hissəsini bu yeni texnologiyalardan faydalanmasına dəstək verməkdir.
Hazırda Huawei şirkəti dünyada telekommunikasiya şəbəkə avadanlığının aparıcı istehsalçılarından biri kimi tanınır. Şirkət 150-dən çox ölkədə fəaliyyət göstərir və dünya əhalisinin 1/3-i onun məhsullarından istifadə edir. Hər il şirkət yüksək texnologiyalar sahəsində elmi tədqiqatlara yüz milyonlarla ABŞ dolları xərcləyir. Huawei yüksək texnologiyalar sahəsində patentlərin sayına görə şirkətlər arasında dünya liderlərindən biridir. Artıq Huawei qlobal şirkət kimi fəaliyyət göstərir və istehsalatını dünyanın müxtəlif regionlarında yerləşdirir. Şirkətdə menecment də dünya standartları səviyyəsində qurulmuşdur və bütün biznes-proseslər tam olaraq qlobal keyfiyyət stantdartlarına cavab verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB