Bloomberg TV-də Azərbaycanın inkişafına dair video çarxlar nümayiş olunur

Bloomberg TV-də Azərbaycanın inkişafına dair video çarxlar nümayiş olunur

Dünyanın nüfuzlu xəbər yayımı qurumlarından olan "Bloomberg LP" şirkətinin televiziya kanalında Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, qazanılmış böyük nailiyyətləri əks etdirən video çarxlar nümayiş olunur. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, video çarxlardan biri Azərbaycan iqtisadiyyatının ümumi inkişafına, digər 8-i isə sənaye, enerji, kənd təsərrüfatı, turizm, alternativ enerji, nəqliyyat, İKT və idman sahəsindəki uğurlarımıza həsr edilib.

Video çarxlar "Bloomberg TV Avropa" və "Bloomberg TV Amerika" telekanallarında gün ərzində ən baxımlı saatlarda ("prime time") yayımlanır. Sentyabrın 23-dən etibarən telekanallarda göstərilən video çarxların yayımı dekabrın 16-dək davam etdiriləcək. Video çarxları oktyabr ayından etibarən www.bloomberg.com internet səhifəsində də izləmək mümkün olacaq.

Qeyd edək ki, "Bloomberq" televiziyası dünyada 245 milyon abonentə yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə