Sentyabrın 25-də rayonumuzun Kənarmeşə, Seydəkəran və Şilim kəndlərinə təbii qaz verilib. Bu münasibətlə Kənarmeşə kəndində təntənəli açılış mərasimi keçirilib. "Yaşıl Çay" jurnalının verdiyi məlumata görə, Lənkəran ŞİH başçısının Kənarmeşə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sahil Quliyev, kənd sakinlərindən Rafail İbrahimov və Məmmədəli Əliyev çıxış edərək 20 illik fasilədən sonra əraziyə təbii qazın yenidən verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova və "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə bütün sakinlər adından minnətdarlıqlarını bildiriblər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində yekdilliklə dövlət başçımıza səs verəcəklərini əminliklə söyləyiblər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bu əlamətdar hadisə münasibətilə əhalini təbrik etdi, onlara ən xoş və səmimi arzularını çatdırıb, "mavi alov"un evlərə istilik, hərarət, xeyir-bərəkət gətirməsini arzulayıb.
Sonda qazın açılışını bildirən rəmzi məşəl alovlandırılıb.
Qeyd edək ki, Kənarmeşə və Şilim kəndlərində 374 ədəd sayğac və fərdi tənzimləyici, 12 min 168 metr dəmir boru, Seydəkəran kəndində isə 250 sayğac və fərdi tənzimləyici, 17 min 74 metr dəmir boru quraşdırılmışdır.
Hazırda Lənkəran rayonunun 47 yaşayış məntəqəsi qazlaşdırılmışdır. İlin sonuna kimi daha 27 yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur. Bu da rayonda mövcud olan 45560 təsərrüfatdan 41895 təsərrüfatının qazlaşdırılması, yəni 92%-ni təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB