ASK-nin IV qurultayı keçiriləcək

İyunun 18-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) IV qurultayı keçiriləcək. SİA-nın məlumatına görə, qurultayda ASK-nın son 4 ildəki fəaliyyəti, həyata keçirilən tədbirlər, nəzarət-təftiş komissiyasının hesabatı, idarə heyətinin və rəyasət heyətinin yeni tərkibi, ASK-nın prezidenti və vitse-prezidentlərinin, nəzarət-təftiş komissiyası sədrinin seçilməsi, "Biznes Həyatı" jurnalının nəşri və s. məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə