Neft ucuzlaşır

İyunun 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,53 dollar və ya 0,6% azalaraq 1 barelə görə 95,24 dollar təşkil edib. SİA-nın məlumatına görə, ötən gün ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,10 dollar və ya 1,1% azalaraq 102,85 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə