Mərkəzi Bank tərəfindən Bakıda USAİD təşkilatı ilə birgə makroprudensial nəzarət üzrə regional seminar keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, iki gün davam edən seminarın əsas məqsədi makroprudensial tənzimləmə və bank nəzarəti sahəsində müasir trendlərin müzakirəsi, Avrasiya regionu ölkələrinin mərkəzi bankları və maliyyə nəzarəti agentliklərinin nümayəndələri ilə qarşılıqlı fikir və təcrübə mübadiləsinin təşkili olub.
Seminarda maliyyə sabitliyinə təsir göstərən makroiqtisadi çağırışlara dair təcrübə mübadiləsi aparılıb, bu növ çağırışlara reaksiya kimi potensial makroprudensial tənzimləmə və institusional yanaşmalar müzakirə edilib.
Tədbir iştirakçıları tərəfindən makroprudensial tənzimləmə və nəzarətin strukturu, onun implementasiyası sahəsində təmsil etdikləri ölkələrin (institutların) təcrübəsinə dair təqdimatlar nümayiş etdirilib.
Təşkil edilən panel müzakirələri və dəyirmi masalarda region ölkələrinin üzləşdiyi əsas makroprudensial çağırışlar, kredit bumu və böhranların idarə edilməsi, dollarizasiya/avro-izasiyanın tənzimlənməsi, ölkələrarası maliyyə risklərinə yoluxma və ona qarşı mübarizə, böhranların proqnozlaşdırılması və qarşısının alınması üzrə makroprudensial alətlər, makroprudensial nəzarət çərçivəsi və institusional məsələlərə dair fikir mübadilələri aparılıb.
Tədbirin sonunda müzakirələr zamanı aşkar olunan məsələlər icmallaşdırılaraq bu istiqamətdə əsas tövsiyələr və praktiki addımlar müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB