"SOCAR logosu adı altında reklamlar yerləşdiriləcək”

"SOCAR logosu adı altında reklamlar yerləşdiriləcək”

SOCAR (ARDNŞ) 2013-cü ildən başalayaraq, 2017-ci ilə qədər UEFA-nın bütün çempionatlarında sponsor kimi çıxış edir və edəcək". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

Şirkət rəhbərinin sözlərinə görə, bütün çempionatlarda SOCAR logosu adı altında (SOCAR energy of Azerbaijan) reklamlar yerləşdiriləcək: "Təbii ki, bu bizə həm şirkətimizin, həm də Azərbaycanın bütün dünyada bir daha tanıdılması üçün böyük imkanlar yaradır. SOCAR-ın tanıdılması və brendi sayəsində biz ölkəmizə 4,7 faizdən 1 milyarda qədər kredit cəlb etdik".

Azərbaycanın bölgələrində aparılan işlərə gəlincə, R.Abdullayev vurğulayıb ki, artıq hər bir rayonda qazlaşma işləri davam etdirilir: "Hər həftə hər bir rayonda qazın verilməsi ilə bağlı açılış mərasimləri keçirilir. Beləcə, Prezident İlham Əliyevin də bizim qarşımıza qoyduğu proqramı ARDNŞ olaraq lazımınca yerinə yetirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə