ARDNŞ prezidenti: “Biz bu barədə danışıqları ilin əvvəlində də aparmışdıq” MÜNASİBƏT

ARDNŞ prezidenti: “Biz bu barədə danışıqları ilin əvvəlində də aparmışdıq” MÜNASİBƏT

"Rusiya tərəfindən neftin nəqlinin dayandırılması neft istehsalımıza, daşımamıza heç bir təsir göstərməyəcək". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakı-Novorossiski neft kəmərinin fəaliyyətinin dayandırılması məsələsinə münasibət bildirərkən söyləyib.

R.Abdullayevin sözlərinə görə, hələki ilin sonunadək neftin nəqli davam etdiriləcək: "Biz bu barədə danışıqları ilin əvvəlindən də aparmışdıq və yenə də aparmaq fikrindəyik".

Qeyd edək ki, Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib. Qərar Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən mayın 5-də imzalanıb və mayın 14-də KİV-də dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə