Neft ucuzlaşmaqda davam edir

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, Beynəlxalq Energetika Agentliyi və ABŞ-ın neft ehtiyatları ilə bağlı xəbərlərin açıqlanması fonunda dünən dünya bazarlarında "qara qızıl"ın qiyməti ucuzlaşıb.

Agentliyin analitiklərinin fikrincə, bu dəyişikliklər neft şirkətlərini yalnız beynəlxalq investisiya strategiyalarını müasirləşdirməyə deyil, həmçinin neftin daşınma, saxlanma və emalı üsullarını dəyişdirməyə vadar edəcək. Belə ki, London fond birjasında "Brent" markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti 0.22 dollar aşağı düşərərk 102.60 dollar olub. Nyu-Yorkun NYMEX birjasında yüngül neft markası WTI-ın bir barelinin iyun fyuçerslərinin qiyməti 0.96 dollar azalaraq 94.21 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə