“Maliyyə nazirliyi sığorta şirkətlərini məcbur edə bilməz"

“Maliyyə nazirliyi sığorta şirkətlərini məcbur edə bilməz"

"Maliyyə nazirliyi sığorta şirkətlərini qanunsuz əmlakı sığortalamağa məcbur edə bilməz". SİA-nın məlumatına görə, bu fikirləri maliyyə nazirinin müavini Azər Bayramov parlamentin iclasında "İcbari sığortalar haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxışında qeyd edib.

Nazir müavininin sözlərinə görə, nəqliyyat sahiblərinin mülki məhsuliyyətinin icbari sığortası üzrə şirkətlər elektron xidmətlər göstərir: "Sığorta şirkətlərinin elektron xidmətlərin göstərib və ya göstərməməsi şirkətlərin öz problemidir. Nazirliyin apardığı müşahidələri onu göstərir ki, həmin şirkətlərinin tətbiq etdiyi informasiya sistemi effektlidir. Ucqar rayonlarda sözügedən xidmətlərin göstərilməsində və digər üç sığorta növünün ( əmlak sığortası, əmlakın istifadəsinin sığortası, sərnişinlərin sığortası) də tətbiqində problem olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə