Ötən həftənin sonunda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,35 dollar və ya 0,4% azalaraq 1 barelə görə 96,04 dollar təşkil edib. SİA-nın Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, mayın 10-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,56 dollar və ya 0,6% azalaraq 103,91 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB