"Cənubi Qafqazda transsərhəd çayların çirklənməsinin qarşısının alınması üçün region ölkələri tərəfindən konkret addımlar atılmır". SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Su texnologiyaları Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Kür və Araz çaylarının çirklənməsininin qarşısının alınması üçün tədbirlər görülmür: "Kür və Araz çayları Azərbaycan əsas su mənbələridir və bu çayların axınının 70 faizi Azərbaycan sərhədlərindən kənarda formalaşır".
A.Şərifov bildirib ki, bu amili nəzərə aldıqda həmin çayların çirklənməsinin qarşısının alınması beynəlxalq əhəmiyyət daşıyır. Amma region ölkələri tərəfindən bununla bağlı konkret işlər görülmür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB