Nazir: "Əcnəbilərin sayı 80% artacaq"

Nazir: "Əcnəbilərin sayı 80% artacaq"

"Yaxın 5-6 il ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayının 80% artacağı gözlənilir. 2012-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 2,5 milyon təşkil edib". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda işə başlayan XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AITF-2013") açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Nazirin sözlərinə görə, növbəti illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçiriləcək ki, bunlar da ölkəyə gələn xarici vətəndaşların sayında vacib rol oynayacaq. Biz ölkənin turizm sənayesinin nə qədər hazır olduğunu göstərməliyik".

"Azərbaycanda martın 1-dən elektron vizanın tədbiqi turizm axınının artmasına imkan yaradır", - deyə nazir fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə