"Azərbaycanın müstəqilliyinin ilk illərində kommersiya banklarında batan əmanətlərin qaytarılması məsələsi hazırda hökumətin gündəliyində olmasa da, gələcəkdə bu məsələyə baxıla bilər". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komissiyasının üzvü Vahid Əhmədov bildirib.
O deyib ki, müstəqilliyin ilk dövründə - 1992-ci və sonrakı illərdə vətəndaşların banklarda olan əmanətlərinin qaytarılması məsələsinə baxıla bilər: "Artıq bununla bağlı istər Milli Məclisə, istərsə də hökumətə müraciətlər daxil olmaqdadır. Sadəcə olaraq, biz bunun miqdarını, həcmini hələ müəyyənləşdirməmişik".
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi potensialı vətəndaşların bu əmanətlərini də qaytarmağa imkan verir: "Bu əmanətlər onsuzda SSRİ dövründə batan əmanətlərdən qat-qat azdır. Həll olunması lazım olan yeganə məsələ bunun həcminin hesablanmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB