“Azərpoçt” əməkdaşlığı genişləndirir YENİLƏNİB

“Azərpoçt” əməkdaşlığı genişləndirir YENİLƏNİB

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC və "Migom" beynəlxalq pul köçürmələri sisteminin təşkilatçılığı ilə "Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafı. Pul köçürmələri bazarında innovasiya prosesləri" mövzusunda mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafının perspektivləri, Azərbaycanda hesablaşma xidmətləri, komissiya haqqı olmayan pul köçürmələri, ödəmə infrastrukturunun keyfiyyətinin artırılması, "Migom"un Azərbaycanda həyata keçirdiyi innovasiya layihələri, "Azərpoçt"da əhalinin kredit və borclarının ödənilməsi, maliyyə xidmətlərinin "on-line" həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, 2010-cu ilin aprel ayından etibarən "Azərpoçt" maliyyə xidmətləri göstərməyə başlayıb və həmin ildən etibarən MMC beynəlxalq elektron sistemləri ilə əməkdaşlıq edir və hazırda da yeni tərəfdaşlar axtarmaqda maraqlıdır: "2012-ci ilin may ayından "Migom" ilə əməkdaşlığa başlamışıq və həmin andan etibarən "Azərpoçt"un 200-dən artıq şöbəsi bu pulköçürmə sisteminə qoşulub. Yaxınlarda "Azərpoçt"un bütün şöbələri bu sistemə qoşulacaq".

Daha sonra çıxış edən "Azərpoçt" MMC-nin maliyyə xidmətlərinin marketinq şöbəsinin müdiri Yaşar Əhmədov MMC-nin maliyyə xidmətləri sahəsində fəaliyyəti barədə qısa məlumat verib və bildirib ki, artıq "Azərpoçt"un Bakı və Sumqayıt şöbələri "Migom"a qoşulub və hazırda regiondakı şöbələrin bu sistemə qoşulması işləri həyata keçirilir: "Nəticədə, MMC-nin bütün şöbələri sözügedən pulköçürmə sisteminə qoşulacaq".

"Migom"un İdarə Heyətinin sədri xanım Natalya Karaçevtseva isə bildirdi ki, "Migom"un bir çox ölkədə, o cümlədən MDB məkanında fəaliyyətindən danışıb: Hazırda "Migom"un dünya üzrə 450 partnyoru və 27 dəhlizi mövcuddur. Ümid edirəm ki, Azərbaycan Qafqaz regionunda aparıcı dəhlizə çevriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə