ARDNŞ dövlət büdcəsinə 134 milyon 231 min manat vəsait ödəyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin yanvar ayında dövlət büdcəsinə 134 milyon 231 min manat vəsait ödəyib. ARDNŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu göstərici ötən ilin yanvar ayına nisbətən 30 milyon 370 min manat və ya 129,2 faiz çox olub.

Bundan əlavə, bu ilin yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 767 min manat vəsait köçürüb ki, bu da 2012-ci ilin yanvar ayına nisbətən 320 min manat və ya 102,6 faiz çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə