Neft bahalaşıb

Fevralın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,31 dollar və ya 1,4% artaraq 1 barelə görə 97,03 dollar olub. SİA-nın xəbərinə görə, fevralın 11-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,77 dollar və ya 0,7% azalaraq 118,13 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə