Yaponiya avtomobil istehsalçısı "Honda" 800 əməkdaşını ixtisar etməyi planlaşdırır. SİA-nın məlumatına görə, ixtisar planı Böyük Britaniyadakı zavoda şamil olunacaq. İxtisara səbəb kimi Avropada avtomobilə olan tələbatın azalması göstərilir.
Bildirilir ki, "Honda" şirkəti Birləşmiş Krallıqda istehsal fəaliyyətinə başladığı 1992-ci ildən bəri burada ilk dəfə olaraq ixtisara əl atıb. Sözügedən zavodda 3500 nəfər çalışır. İstehsal gücü 250 minə yaxın olan zavod ötən il tələbatın az olması səbəbindən cəmi 116 min avtomobil istehsal edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB