"Google" qələbə qazandı

"Google" axtarış portalının axtarış zamanı sistemdə ədalətsiz sıralama aparması və öz xidmətlərini önə çəkməsi ilə bağlı şikayətlər özünü doğrultmayıb. SİA-nın məlumatına görə, bu barədə şikayətlərlə bağlı araşdırma aparan Amerikanın Federal Ticarət Komissiyası açıqlama verib.

Artıq 19 aydır ki, aparılan müşahidələrə əsasən, şirkətə qarşı heç bir tutarlı sübutun aşkarlanmadığı bildirilir. Komissiyanın sədri Con Leyboviç bir qədər əvvəl keçirdiyi mətbuat konfransında qeyd edib ki, Amerikanın ən böyük və yenilikçi şirkəti olan "Google" inidiyə kimi internet aləmində misilsiz xidmət göstərib.

"Google" heç şübhəsiz Amerikanın ən böyük və yenilikçi şirkətlərindən biridir. Komissiyanın qərarına əsasən, şirkət sərbəst şəkildə öz fəaliyyətini davam etdirə bilər. Düşünürük ki, şirkətin rəhərliyi bu gündən sonra da ədalətli rəqabət prinsiplərinə sadiq qalacaq", - deyə Leyboviç sözlərini ifadə edib.

Qeyd edək ki, Komissiyanın bu qərarı şirkət üçün vacib qələbə kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə