Bakıda MDB-nin Məşvərət Şurasının iclası keçirilir

Bakıda MDB-nin Məşvərət Şurasının iclası keçirilir

Bu gün Bakıda MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXV yubiley iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin, Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanı ziyarət ediblər.

Konfransda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Serik Abdenov, Rusiyanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tatyana Blinova və digər dövlətlərdən nümayəndələr, beynəlxalq ekspertlər iştirak ediblər.

İclasda XXIV Məşvərət Şurasında qəbul edilən qərarların icra vəziyyəti, həmçinin MDB-nin iştirakçısı olan dövlətlərin sosial və əmək sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunur. Tədbir iştirakçıları əmək normaları, iş şəraiti, rejimi, saatları, peşə standartları və peşələrin qarşılıqlı tanınması, həmçinin əmək miqrasiya, sosial müdafiə sahəsində milli internet resurslarının yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılır.

Qeyd edək ki, MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXV yubiley iclası dekabrın 6-dək davam edəcək.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə